BANK

17 İyul

"Mikro Maliyyə Kredit İttifaqı"nın lisenziyası ləğv olunub

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə "Mikro Maliyyə Kredit İttifaqı" MMC-nin lisenziyası ləğv olunub.

Bu barədə tənzimləyici quruma istinadən xəbər verilir.

Məlumata görə, bununla da ölkədə lisenziyası olan kredit ittifaqlarının sayı 42-ə düşüb.

Xatırladaq ki, "Mikro Maliyyə Kredit İttifaqı" 2013-cü ildə, İsmayıllı rayonunda yaradılıb. Onun nizamnamə kapitalı 4 563 manat, qanuni təmsilçisi isə Ramil Aydın oğlu İsayevdir.

(c)"Report"