ABŞ-ın iri bankları bu ilin birinci yarısında 250-dən çox filiallarını bağlayıb.
Fins.az xəbər verir ki, pandemiya nəticəsində tətbiq olunan məhdudiyyətlər və bir çox xidmətlərin rəqəmsallaşdırılması bankları bu addımı atmağa vadar edib.
İlin əvvəlində ABŞ-da ən böyük xidmət şəbəkəsinə malik bank olan Wells Fargo artıq iyunun sonuna 154 filialını ləğv edib (yerli xidmət şəbəkəsinin 3%-i) və ümumi sayı 268 min nəfər olan işçilərinin 6%-ni ixtisara salıb. Daha sonrakı yerlərdə Citigroup (100 filial) və JPMorgan (40 filial) gəlir. Bank of America çox az sayda filialı bağlasa da, ümumilikdə 2500 işçisini ixtisar edib.