BANK

14 İyul

“S&P Dow Jones Indices” yeni kriptovalyuta indeksini - Təqdim Edib

ABŞ-ın maliyyə məlumatları tədarükçüsü “SP Global”ın bölməsi olan “SP Dow Jones Indices” toplam kapitallaşması 1,2 trilyon ABŞ dollara çatan 243 aktivi özündə birləşdirən “SP Cryptocurrency Broad Digital Market” (BDM) indeksini istifadəyə verib.

Fins.az xəbər verir ki, yeni indeks kriptovalyuta bazarının məcmu kapitallaşmasının 80 %-ni əhatə edir. BDM Nyu-Yorkdan olan “Lukka” firmasının məlumatlarına və hesablama metodologiyalarına əsaslanır.

Xatırladaq ki, 2019-ci ildə NASDAQ Fond Birjası 100 kriptoaktivi özündə ehtiva edən “CIX100” indeksini istifadəyə verdi. Ötən ilin dekabr ayında isə Çikaqo Opsionlar Birjası ETF-nin yaradılmasına uyğun gələn kriptovalyuta indekslərini təqdim etdi. (Report)