Azərbaycanın maliyyə sektorunun üçüncü qiymətləndirilməsi 2-3 ay ərzində başa çatacaq.
Bunu Dünya Bankının (DB) Bakı ofisinin rəhbəri Sara Maykl bildirib.
“Maliyyə sektorunun qiymətləndirilməsinə 2020-ci ilin sonunda başlanılıb. Qiymətləndirmə DB və Beynəlxalq Valyuta Fondu tərəfindən həyata keçirilir və yaxın 2-3 ay ərzində başa çatacaq”, - deyə Maykl bildirib.
Qiymətləndirmənin nəticələri Azərbaycan hökumətinə təqdim olunacaq.