BANK

22 İyun

Bu şəxslərə 85 mln 314 min 500 manat kredit verilib

2021-ci ilin yanvar-may aylarında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 85 milyon 314 min 500 manat məbləğində kreditlər verilib.

Fins.az Naxçıvan Muxtar Respublikasının Statistika Komitəsinə istinadən xəbər veir ki,bu da bir il öncəki göstəricidən 36,4 % çoxdur. Verilmiş kreditlərin 12 milyon 284 min 300 manatı və yaxud 14,4%-i qısamüddətli, 73 milyon 30 min 200 manatı və yaxud 85,6 %-i uzunmüddətli kreditlər olub. 

Müəllif:Aynur Qəniyeva