BANK

17 İyun

Türkiyə Mərkəzi Bankı vacib qərar VERDİ

Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) faiz qərarını açıqladı.

Fins.az xəbər verir ki, TCMB faizini 19% səviyyəsində sabit saxlayıb.

Bank yaydığı press-relizində qeyd edib ki, mövcud sərt pul siyasəti davam etdiriləcək:

"İnflyasiya və inflyasiya proqnozlarındakı yüksək səviyyələr nəzərə alınaraq, azalma təmin edilənə qədər pul siyasətindəki mövcud sərt duruş davam etdiriləcək".

Mərkəzi Bankın bir əvvəlki press-relizində əlaqədar hissədə "mövcud duruş" ifadəsi istifadə edilmişdi. Son qərar mətninə "sərt" ifadəsi də əlavə olunub (sərt mövcud duruş) ("Enflasyon ve enflasyon beklentilerindeki yüksek seviyeler dikkate alınarak, Nisan Enflasyon Raporu tahmin patikasındaki belirgin düşüş sağlanana kadar para politikasındaki mevcut sıkı duruş kararlılıkla sürdürülecektir.").

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İyun ayının əvvəlində qatıldığı bir canlı verilişdə faiz endirimi üçün iyul-avqust dövrünü işarə etmişdi. Ərdoğan, Mərkəzi Bankın sədri ilə görüşdüyünü, faizin aşağı salınmasının şərt olduğunu söyləmişdi.