BANK

16 İyun

"Rəqəmsal avro bank əmanətlərini 8% azalda bilər"

Beynəlxalq sərmayə bankı "Morgan Stanley" analitikləri  tərəfindən verilən proqnozlar, Avropa Mərkəzi Bankının rəqəmsal (elektron) avro çıxarması halında Avro Bölgəsindəki bankların müştəri depozitlərinin 8%-ini itirəcəklərini nəzərdə tutur.

Fins.az xəbər verir ki, "Morgan Stanley" analitiklərininbu proqnozu, yaşı 15-dən yuxarı olan bütün Avro Bölgəsi vətəndaşlarının hamısının, elektron avronun çıxarılması halında ECB-nin nəzarətindəki rəqəmsal pul kisəsinə bir vətəndaşın köçürə biləcəyi maksimum miqdar olacağı nəzərdə tutulan 3 min avronu köçürəcəklərini əsas götürüb.

Analitiklər qiymətləndirmədə, "Bu vəziyyət nəzəri olaraq Avro bölgəsi cəmi əmanətlərini 873 milyard avro və ya 8% azaldacaq",- qeyd ediblər.

"Morgan Stanley"ə görə əmanətlərdə azalma Baltik ölkələri, Çexiya, Slovenya, Slovakya və Yunanıstan kimi kiçik ölkələrdə 8%-in üzərində olacaq. Adambaşına 3 min avronun rəqəmsal pul kisəsinə köçürülməsi bu kiçik ölkələrdə cəmi əmanətləri 17-30% azaldacaq.