Bu gün Bakı vaxtı ilə saat 22:00-da ABŞ Mərkəzi Bankı (Fed) faiz qərarını açıqlayacaq.
Fins.az xəbər verir ki, Fed-in faizində dəyişiklik etməyəcəyi - 0,25%-də dəyişməz saxlayacağı gözlənilir.
Sərmayəçilər yığıncaqdan sonra Fed-in qiymətli kağız (aktiv) alış proqramı ilə əlaqədar bir mesaj verilib verilməyəcəyinə fokuslanıb.
ABŞ Mərkəzi Bankı Fed-in 2023-cü ilə qədər faizləri artırması gözlənilmir. Amma investorlar Fed-in qiymətli kağız alışı proqramı ilə əlaqədar bir mesaj verib verməyəcəyilə maraqlanırlar. Sərmayəçilər çərşənbə günü keçiriləcək yığıncaqda, ötən 15 ayda hökuməti və sərmayəçiləri nəhəng qiymətli kağız alış proqramı ilə dəstəkləyən Fed-in bunu nə qədər davam etdirəcəyi ilə əlaqədar bir ipucu axtaracaqlar.
Son zamanlarda qızılın qiymətinin bir qədər düşməsi Fed-in pul siyasətini yaxında sərtləşdirməyə başlayacağına dair narahatlıqlar ilə əlaqədardır. ABŞ dollarında ən kiçik güclənmə qiymətli metal üzərində təzyiq yarada bilir. Əgər Fed qiymətli kağız alışı proqramını azaldacağı barədə mesaj verəsə qızıl ucuzlaşa, proqramın uzun müddət davam edəcəyinə işarə edərsə bahalaşa bilər.