2021-ci ilin I rübündə kreditlər və ssudalar üzrə xalis maliyyə aktivləri 4.9 milyon dollar, xalis maliyyə öhdəlikləri isə 207.6 milyon dollar azalıb.
Fins.az xəbər verir ki, bu barədə 2021-ci ilin I rübü üzrə Azərbaycan Respublikasının Tədiyə balansında məlumat verilib
Məlumata görə hesabat dövründə kreditlər və ssudalar üzrə xalis maliyyə öhdəlikləri birbaşa dövlət kreditləri -80.6 milyon dollar, dövlət təminatlı kreditlər -20.9 milyon dollar, bank sektorunun kreditləri 3.5 milyon dollar, neft-qaz sektorunun kreditləri 58 milyon dollar , firmaların və digər müəssisələrin kreditləri 43.8 milyon dollar hesabına azalıb.
Müəllif: Aynur Qəniyeva