Cari əməliyyatlar balansında 627.7 mln.$, kapital və maliyyənin hərəkəti hesabında isə 15 mln.$ profisit yaranıb
Fins.az xəbər verir ki, bu barədə 2021-ci ilin I rübü üzrə Azərbaycan Respublikasının Tədiyə balansında məlumat verilib
Bildilir ki, 2021-ci ilin I rübündə tədiyə balansı1 əsasən qlobal əmtəə bazarlarında qiymətlərin bərpası, qeyri-neft ixracının genişlənməsi, həmçinin kapital və maliyyənin hərəkəti hesabında müsbət meyillərdən təsirlənib.
Qeyd olunur ki,cari əməliyyatlar balansında 627.7 mln.$, kapital və maliyyənin hərəkəti hesabında isə 15 mln.$ profisit yaranmış, ehtiyat aktivləri 325.9 mln.$ artmışdır. Bu dövrdə orta rüblük neft qiyməti 52.4$/barel olmuş, qeyri-neft ixracı isə 11% artıb.
Müəllif:Aynur Qəniyeva