Bir neçə yeni filialın açılması hazırda müzakirə edilir.
Bunu "Yelo Bank" ASC-nin İdarə Heyətinin sədri Anar Həsənov Fins.az-a açıqlamasında deyib
Bank rəhbəri bildirib ki, bu il biz kifayət qədər yeniliklər etdik. Ən böyük maraqlı məqam bankın srategiyası idi. Bir necə ay ərzində biz müştərimizin kimliyini, müştərilərə nələri və necə təqdim etmək istədiyimizi müəyyənləşdirə bildik.
Anar Həsənov həmçinin rəhbərlik etdiyi bakın filial şəbəskəsinin genişləndiriləcəyini vurğulayaraq "Biz filial şəbəkəsinin genişləndirilməsini dəyərləndiririk. Bir neçə yeni filialın açılması müzakirə edilir. Hazırda Mərkəzi Bankdan rəsmi təstiqi almadığımız üçün konkret adları çəkmək istəmirəm.Bir-biri ilə yaxın olan bir neçə filialın ünvanlarının dəyişdirilməsi müzakirə mövzususdur."-deyə qeyd edib.
Müəllif:Aynur Qəniyeva