BANK

08 İyun

Mərkəzi Banklar dollardan imtina edir?-25 ilin ən aşağı həddi

BVF-nin rəsmi valyuta ehtiyatlarının valyuta tərkibi (COFER) araşdırmasına görə, mərkəzi banklardakı ABŞ dolları ehtiyatlarının payı 2020-ci ilin dördüncü rübü ərzində  59-%-ə qədər enib.

Fins.az xəbər verir ki,bu barədə Beynəlxalq Valyuta Fondunun hesabatında məlumat verilr

Məlumata görə bu  göstərici 25 ilin ən aşağı həddidir. Bəzi analitiklər bunun mərkəzi bankların beynəlxalq əməliyyatlar üçün istifadə etdiyi digər valyutaların rəqabəti qarşısında ABŞ dollarının qlobal iqtisadiyyatda rolunun azalmasını əks etdirdiyini bildirir. Mərkəzi bank ehtiyatlarındakı dəyişikliklər kifayət qədər böyük olarsa bu valyuta və istiqraz bazarlarını təsir edə bilər.

 ABŞ dollarının əsas valyutalara qarşı zəifliyi dövründə, digər valyutalarda ifadə edilən ehtiyatların ABŞ dollarının dəyəri artdıqdan (və əksinə ABŞ dollarının möhkəmlənməsi dövründə) ABŞ dollarının qlobal ehtiyatlardakı payı ümumiyyətlə azalır. Öz növbəsində ABŞ dolları məzənnələri, ABŞ ilə digər iqtisadiyyatlar arasındakı fərqli iqtisadi yollar, pul və maliyyə siyasətlərindəki fərqlər, habelə mərkəzi bankların valyuta satışları və alışları daxil olmaqla bir neçə amildən təsirlənə bilər.

Göstəricilər həm də ABŞ dollarının əsas valyutalara (qara xətt) qarşı dəyərinin son iyirmi ildə ümumiyyətlə dəyişməz qaldığını göstərir. Bununla yanaşı, aralıq dövrdə ciddi dalğalanmalar olub ki, bu da 1999-cu ildən bəri ABŞ dollarının qlobal ehtiyatlardakı payındakı qısamüddətli (rüblük) dəyişikliyin təxminən 80%-ini izah edə bilər. 

Keçən ilə gəldikdə, məzənnə hərəkətlərinin (narıncı xətt) təsirini hesabladıqdan sonra, ABŞ dollarının ehtiyatlardakı payının sabit olaraq qaldığını mü.ahidə etmək olar. Bununla yanaşı daha uzun bir baxışla, ABŞ dollarının dəyərinin ümumiyyətlə dəyişməməsi, ABŞ dollarının qlobal ehtiyatlardakı payının azalması, mərkəzi bankların həqiqətən ABŞ dollarından tədricən uzaqlaşdığını göstərir.

Son altı onillikdə beynəlxalq valyuta sistemindəki böyük struktur dəyişikliklərinə baxmayaraq, ABŞ dolları hakim beynəlxalq ehtiyat valyutası olaraq qalır. 

Müəllif:Aynur Qəniyeva