BANK

07 İyun

Yelo Bank- ın əsas səhmdarının bankdakı payı ARTIB 

“Yelo Bank”ın əsas səhmdarı olan “Topaz Investment”MMC 2020-ci ildə bankın kapitalındakı payını 96,02%-dək artırıb.  

2019-cu ilin yekunları üzrə “Topaz Investment”in “Yelo Bank”ın kapitalındakı payı 95,68% təşkil edirdi.

Fins.az  Bankın illik hesabatına istinadən xəbər verir ki, “Topaz Investment” Marina Kulişova və “ISR Holding” MMC-nin paylarının azalması fonunda öz payını artırıb. Belə ki, ötən il ərzində Kulişovanın payı 4,22%-dən 3,89%-dək, “ISR Holding”in payı  0,1%-dən 0,09%-dək azalıb.

2020-ci ilin yekunları üzrə “Yelo Bank”ın nizamnamə kapitalı 8,6% - 378 milyon manatadək artıb.

“Yelo Bank” 1994-cü ildən etibarən Azərbaycanda fəaliyət göstərir.