Bu ilin may ayında Azərbaycan Respublikası Neft Fondu (ARDNF) tərəfindən valyuta hərraclarında 312,8 mln. ABŞ dolları məbləğində vəsait satılıb.
Fins.az Azərbaycan Mərkəzi Bankı (AMB) və ARDNF-nin məlumatları əsasında apardığı hesablamalarına görə, bu göstərici aprel ayı ilə müqayisədə 38,7%, ötən ilin may ayı ilə müqayisədə isə 6,4% azdır.
Cari ilin ilk beş ayında Neft Fondu valyuta hərraclarında 2,303 mlrd. dollar məbləğində vəsait satıb ki, bu da 2020-ci ilin yanvar-may ayları ilə müqayisədə 36,7% azdır.