Aprel ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 129 min ədəd artaraq 9 milyon 898 min təşkil edib.
Fins.az xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayımlayıb
Məlumata görə,keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 23% artmışdır.Ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 273 min, sosial kartlar 490 min, kredit kartları 287 min, digər kartlar isə 779 min ədəd artıb.
Müəllif:Aynur Qəniyeva