Banklarda kənarda nağd pul (M0) 34.1 mln. manat azalaraq 10,555.5 mln. manat təşkil edib.
Fins.az xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayımlayıb
Məlumata görə,M0 pul aqreqatında dəyişiklik əsasən dövriyyədə olan nağd pulun azalması ilə əlaqədardır. M1 pul aqreqatı 441.9 mln. manat artaraq 18,075.2 mln. manat təşkil edib.
Bildirilir ki, M1 pul aqreqatında dəyişiklik isə əsasən rezident digər maliyyə institutlarının, həmçinin dövlət mülkiyyətində olan hüquqi şəxslərin cari hesablarındakı artımla əlaqədardır.
Müəllif:Aynur Qəniyeva