BANK

25 May

“Turan Bank”ın səhmlərinin alqı-satqısı üzrə əqd bağlanılıb

Bu gün "Bakı Fond Birjası" QSC-də “Turan Bank” ASC-nin səhmlərinin alqı-satqısı üzrə 1 əqd bağlanılıb.

Əqd Bankın 1 082 manat nominal dəyərə malik 47 səhminin (50 854 manatlıq) realizə edilməsini nəzərdə tutur.

Bu isə kredit təşkilatının dövriyyədə olan səhmlərinin 0,1%-i deməkdir.

Xatırladaq ki, “Turan Bank” 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 75 milyon manatdır. Bankın səhmlərinin 55,3%-i 20 fiziki şəxsə, 44,7%-i isə 8 hüquqi şəxsə məxsusdur.

(c)Report