"Goldman Sachs"-dan sonra "Saxo Bank" da kriptovalyuta ilə investisiya qoyuluşuna imkan yaradan törəmə məhsul hazırlığındadır.
Belə ki, Danimarkalı investisiya bankı olan "Saxo Bank"-ın rəqəmsal investisiya departamenti olan "Saxo Markets"-də bitkoin, etereum və laytkoinin daxil olduğu yeni investisiya xidməti yaratmağı planlaşdırır. Bununla da, treyderlər vahid marja hesabından kriptovalyuta növlərinin də alqı-satqısını icra edə biləcəklər.
Qeyd edək ki, sözügedən xidmət ilkin mərhələdə Avstraliya və Sinqapurdakı müştərilər üçün əlçatan olacaq, ancaq daha sonra digər ölkələrdə də icrası təmin ediləcək.