BANK

24 May

Yelo Bankda Yeni Təyinat

Tofiq Ağayev Yelo Bankın Brendin İdarəedilməsi (Marketinq) departamentinin direktoru təyin olunub. Buna qədər o, eyni departamentdə direktor müavini vəzifəsini tuturdu.

O, 2020-ci ilin yanvar ayında Yelo komandasına qoşulub və bankın rebrending prosesində aktiv iştirak edib. 9 ilə yaxın bank sahəsində təcrübəsi olan Tofiq Ağayev daha əvvəl AccessBank və DəmirBank-da marketinq meneceri kimi çalışıb.

O, Azərbaycan Dövlət İqtisad Universitetinin “Beynəlxalq iqtisadi münasibətlər” ixtisası üzrə "Xüsusi istedadlar qrupu"-nun bakalavr dərəcəsinə, daha sonra isə Beynəlxalq İqtisadi Məktəbin eyni ixtisas üzrə magistr dərəcəsinə yiyələnib.