BANK

24 May

Kart təşkilatlarının xidmətlər üzrə tarifləri müzakirə edilib

 Azərbaycan Banklar Assosiasiyası (ABA) nəzdində fəaliyyət göstərən “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun növbəti iclası keçirilib.

İclas zamanı Beynəlxalq kart təşkilatları tərəfindən təqdim olunan xidmətlər üzrə tariflər və ölkədə nəqliyyat layihələrinin gələcək inkişaf perspektivləri müzakirə olunmuşdur.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 26 bank və 5 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.