BANK

20 May

“Unibank”ın səhmlərinin bir hissəsi \"əl dəyişdirib\" - RƏHBƏRDƏN AÇIQLAMA

Mayın 19-da "Bakı Fond Birjası" QSC-də “Unibank” ASC-nin səhmlərinin alqı-satqısı üzrə 1 əqd bağlanılıb.

Əqd Bankın 2,72 manat nominal dəyərə malik 562,5 min səhminin (1,53 milyon manatlıq) realizə edilməsini nəzərdə tutur.

Bu isə kredit təşkilatının dövriyyədə olan səhmlərinin 1,2%-i deməkdir.

Məsələ ilə bağlı "Unibank"ın İdarə Heyətinin sədri Faiq Hüseynov bildirib ki, alqı-satqı Bankın mövcud kiçik səhmdarları arasında olub, yəni kredit təşkilatına yeni səhmdar gəlməyib.

Xatırladaq ki, “Unibank” 2002-ci ildə Azərbaycanın iki kommersiya bankı - 1992-ci ildən fəaliyyət göstərən "Mbank" və 1994-cü ildən mövcud olan "Promtexbank"ın birləşməsi ilə yaradılıb. Onun nizamnamə kapitalı 125,686 milyon manatdır. Bankın səhmlərinin 86,4 %-i Eldar Qəribova (Müşahidə Şurasının sədri), 13,6 %-i isə digər hüquqi və fiziki şəxslərə məxsusdur.

 "Report"