BANK

20 May

Azərbaycanda kartla verilən kreditlərin - FAİZİ ARTIB

Azərbaycanda banklar tərəfindən fiziki şəxslərə verilən istehlak kreditlərinin faiz dərəcələrində dəyişmələr müşahidə edilib.

Fins.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, kredit kartları ilə verilən istehlak kreditlərin faiz dərəcələri 25%-ə qədər yüksəlib. Bu, ötən ilin eyni dövründə 23%, ötən ilin sonu isə 24% təşkil edirdi.

Yaşayış sahəsinin təmiri ilə bağlı olan kreditlərin orta faiz dərəcələri 23% təşkil edib. Bu, 2020-ci ilin eyni dövründə 23%, həmin ilin sonunda isə 24% təşkil edirdi.

Avtomobil kreditləri 19%-də və məişət avadanlıqlarının alınması ilə bağlı olan kreditlərin isə faiz dərəcələri 23%-də sabit qalmışdır.