BANK

19 May

“Global Broker” şirkətinin direktoru həbs olunub

“Global Broker” MMC-nin direktoru Şabanov Ceyhun Hidayət oğlu da Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi (KQMBİ) tərəfindən saxlanılıb.

Fins.az Baş Prokurorluğa istinadən xəbər verir ki, o eyni zamanda "Global Broker" MMC-nin direktoru olmaqla bərabər "D2D Logistics" MMC-də gömrük işləri üzrə mütəxəssis işləyib. 

Onun da idxal olunmuş malların gömrük orqanından çıxarılmasının tezləşdirilməsi, eləcə də, müəyyən malların sərbəst dövriyyəyə buraxılışı üçün ödənilməli olan gömrük rüsumları və vergilərin 3 faizi miqdarında müəyyən edilmiş məbləğdən idxal və əlavə dəyər vergisi üzrə ödənilməli olan pul vəsaitinin büdcəyə ödənilməyərək malın gömrük nəzarətindən buraxılmasına şərait yaradılması müqabilində müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində istəməklə alması və vəzifə səlahiyyətlərin sui-istifadə etməsinə dair əsaslı şübhələr müəyyən olunub.

7 may 2021-ci il tarixdə KQMBİ-də Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb. Ceyhun Şabanov da şübhəli şəxs qismində tutulub.

“Global Broker” MMC 2019-cu ildə yaradılıb və hüquqi ünvanı Bakı, Nəsimi rayonu, İmran Qasımov, ev 48-dir.