TuranBank ASC-nin səhmdarlarının iclası keçiriləcək
Fins.az xəbər verir ki, bu barədə bankın elanında məlumat verilir
Məlumatda "TuranBank Açıq Səhmdar Cəmiyyətinin Səhmdarlarının Ümumi Yığıncağının növbəti iclası 29.06.2021-ci il tarixdə, saat 15:00-da Azərbaycan Respublikası, Bakı şəhəri, İ.Qutqaşınlı 85 ünvanında keçiriləcəkdir. Nümayəndə vasitəsi ilə təmsil olunacaq səhmdarlardan müvafiq etibarnamənin iclas başlandığı tarixədək Banka təqdim edilməsi xahiş olunur."-deyə bildirilir.
Qeyd olunub ki, iclasın gündəliyi bildirişə əlavə olunaraq səhmdarlara göndərilib. Gündəlik üzrə məlumatları yuxarıda qeyd edilən ünvandan əldə bilərsiniz.
Müəllif: Aynur Qəniyeva