BANK

16 May

“AccessBank”da yeni təyinat: Ramin Hüseynov “AccessBank”a Maliyyə üzrə Baş Direktor təyin olunub

Bu gündən etibarən Ramin Hüseynov “AccessBank”da Maliyyə üzrə Baş Direktor vəzifəsində fəaliyyətə başlayır. Cənab Hüseynov bank və real sektorda ümumilikdə 15 illik iş təcrübəsinə malikdir. Onun əsas fəaliyyəti maliyyə idarəetməsi və nəzarət, restrukturizasiya və sağlamlaşdırma, biznesin optimizasiyası və risklərin idarə olunması kimi sahələri əhatə edir.

R. Hüseynov əmək fəaliyyətinə 2004-cü ildə AR Mərkəzi Bankının Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentində başlayıb, 2008-2013-cü illər ərzində həmin departamentin Xarici nəzarət şöbəsinə rəhbərlik edib.

2015-ci ildən AccessBank-a qoşulanadək tikinti və istehsalat sektorlarında maliyyə üzrə rəhbər vəzifələrdə çalışıb.

O, 2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetində maliyyə üzrə bakalavr, 2014-cü ildə isə ABŞ-ın Corc Vaşinqton Universitetində maliyyə üzrə magistr dərəcəsinə yiyələnib. ABŞ-ın “Fulbrayt” proqramının təqaüdçüsüdür.

R.Hüseynov Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının Direktorlar Şurasının üzvüdür.

Azərbaycan, rus və ingilis dillərini bilir.