“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın yerli və xarici valyutada uzunmüddətli defolt reytinqini “BB+” səviyyəsində təsdiqləyib.
Bu barədə agentliyin məlumatında deyilir.Reytinq üzrə proqnoz “mənfi”dən "stabil"ə dəyişib.
“Reytinqlər ARDNF-nin aktivləri hesabına çox güclü milli və xarici balanslara və büdcə maliyyələ.mənin çevikliyinə əsaslanır. Digər tərəfdən, iqtisadiyyatın neftdən güclü asılılığını, idarəetmənin zəif göstəricilərini, həmçinin qərarların qəbul olunması prosesində, xüsusilə mübadilə məzənnəsi rejimi barəsində proqnozların və şəffaflığın olmamasını qeyd etmək lazımdır”, - agentlik qeyd edir.