Rusiya Mərkəzi Bankı mayın 14-də Teksbank-ın bank fəaliyyəti ilə bağlı lisenziyasını ləğv edib.
Fins.az xəbər verir ki, lisenziyanın ləğvi bankın səhmdarlarının müraciəti əsasında, bankın fəaliyyətini könüllü olaraq dayandırmaq istəyi ilə baş tutub.
Aktivlərinin həcminə görə, Teksbank Rusiyada 320-ci yeri tutur.
Qeyd edək ki, aprel ayında Rusiyada «Nordea Bank», «Neyvabank» və «İnterprombank»ın lisenziyaları alınıb.
Qeyd edək ki, 146 milyon nəfər əhalisi olan hazırda Rusiyanın bank sistemində 360 bank var. İlin əvvəlindən bəri 5 bank bağlanıb. Ümumiyyətlə isə Rusiyada banklar sürətlə azalır. 2018-ci ildə ölkədə 77 bank, 2019-cu ildə 38 bank, 2020-ci ildə isə 36 bank fəaliyyətini dayandırıb.
Hazırda ölkədə hər 400 min nəfərə 1 bank düşür.
10 milyn nəfər əhalisi olan Azərbaycanda isə 26 bank fəaliyyət göstərir (385 min nəfərə bir bank düşür).