BANK

16 May

Fitch: Azərbaycanın bank sektoru nisbətən zəif olaraq qalır

Azərbaycanın bank sektorunda bəzi göstəricilər yaxşılaşsa da, ümumilikdə sektor nisbətən zəif olaraq qalır.

Fins.az  xəbər verir ki, bu barədə «Fitch» reytinq agentliyinin Azərbaycan iqtisadiyyatı ilə bağlı reytinq açıqlamasında bildirilir.

Agentliyin açıqlamasında deyilir ki, bank sektoru nisbətən zəifdir və bu «Fitch»in Bank Sistemi İndikatorunun (BSI) «b» səviyyəsi ilə təsdiqlənir.

Amma son illər bank sektorunun kredit qabiliyyəti ilə bağlı fundamental göstəricilərində yaxşılaşmalar müşahidə edilir. Bunun nəticəsidir ki, aprel də «Fitch» əməliyyat mühiti ilə bağlı proqnozu «neqativ»dən «stabil»ə dəyişib.

Bank sistemində depozitlərin dollarlaşma səviyyəsində durmadan aşağı düşməkdədir. Belə ki, bu göstərici 2019-cu ilin sonundakı 61%-ə qarşı, 2021-ci ilin 1-ci rübünün sonunda 55%-ə enib. Amma bu göstərici yenə də «BB» səviyyəsi üçün median göstəricisini 26% üstələyir.

Burada median göstəricisi dedikdə - «BB» reytinqli ölkələrdə depozitlərin dollarlaşması ilə bağlı orta göstərici nəzərdə tutulur.

Agentlik bildirir ki, Azərbaycanın ən böyük bankı olan Beynəlxalq Bankda açıq valyuta mövqeyi kapitalın 77%-nə çatır. Yeri gəlmişkən, bir il əvvəl bu göstərici 114% idi və ötən dövrdə bu göstərici nisbətən müsbətə dəyişib.

Agentliyin açıqlamasında deyilir ki, bank sektoru yaxşı kapitallaşıb – 1-ci dərəcəli kapital göstəricisi 22% təşkil edir. İşləməyən kreditlərin payı isə 2019-cuilin sonundakı 8,3% əvəzinə 6,2%-ə enib.

«Fitch» hesab edir ki, bankların ehtiyat ayırmalaradək mənfəətinin yüksək olması imkan verəcək ki, dövlət dəstəyi tədbirləri başa çatdıqdan bankların aktivlərinə mənfi təsiri kompensasiya etsin.