BANK

08 May

Kompensasiya almaq üçün əmanətçi nə etməlidir? - AÇIQLAMA

Kompensasiya almaq üçün əmanətçi yazılı ərizə ilə Fonda müraciət etməlidir.
Fins.az Əmanətlərin Sığortalanması Fonduna istinadən xəbər verir ki,ərizədə əmanətin qoyulduğu bankın adı, əmanətin hansı valyutada qoyulduğu (manatda və ya digər valyutada), əmanətçinin özləri barədə məlumat (adı, soyadı, doğulduğu yer, təvəllüdü (ay, il), ünvanı, əlaqə telefonu və e-mail ünvanı), kompensasiyanı hansı formada almaq istəyi (nağd, köçürmə və s.) göstərilməlidir.
Ərizəyə aşağıdakı sənədlər və onların surətləri əlavə olunmalıdır:
1. əmanət (bank hesabı) müqaviləsi;
2. əmanət kitabçası (yaxud qanunvericiliyə uyğun olaraq əmanəti təsdiqləyən digər sənəd);
3. şəxsiyyəti təsdiq edən sənəd;
4. əmanətçinin nümayəndəsi müraciət etdikdə onun notariat qaydasında təsdiq olunmuş etibarnaməsi.
Əmanətçi kompensasiya ödənişi haqqında elanın ilk dəfə dərc edildiyi gündən bir il müddətində Fonda ərizə ilə müraciət edə bilər. Əmanətçiyə kompensasiya ərizənin verildiyi tarixdən etibarən 90 gün müddətində Fond tərəfindən ödənilir. Müstəsna hallarda Fondun Himayəçilik Şurasının qərarı ilə kompensasiyanın ödənilməsinin müddəti uzadıla bilər.
 
Müəllif: Aynur Qəniyeva