Rabitəbank-da yeni təyinat olub
Fins.az xəbər verir ki, Şahnaz Rəhimova Rabitəbank-ın Kart məhsulları və xidmətlərinin inkişafı şöbəsinin müdiri vəzifəsinə təyin olunub.
Məlumata görə, o bu təyinata qədər sözügedən şöbədə ekspert vəzifəsində çalışıb. Daha əvvəl isə Şahnaz Rəhimova Günay Bank-da mütəxəsis və Kart məhsulları və xidmətlərinin inkişafı şöbəsində işləyib.
Qeyd edək ki, Şahnaz Rəhimova əmək fəaliyyətinə ATRA Bank-da plastik kart şöbəsində mütəxəssis kimi başlayıb.
Müəllif:Aynur Qəniyeva