BANK

07 May

Azərbaycanda ən çox ipoteka kreditini bu bank verib

“Kapital Bank” ASC 2020-ci ildə ipoteka portfelinin həcminə görə İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) agent bankları arasında lider olub.

2019-cu ilin yekunları üzrə reytinqin lideri “NBC Bank” olmuşdu. Lakin bankın lisenziyası 2020-ci ilin yazında ləğv edildiyi üçün onun ipoteka portfeli digər banklar arasında bölüşdürülüb.

2020-ci ilin sonuna “Kapital Bank” 4,323 min ipoteka kreditinə xidmət göstərir, bu kreditlərin qalıq dəyəri 181 milyon 382,525 min manat təşkil edir (2019-cu ilin sonuna 45 milyon 653,018 min manat məbləğində 1,007 min kredit). 2019-cu ilin yekunları üzrə “Kapital Bank” İKZF-nin vəsaitləri hesabına ipoteka portfelinin həcminə görə banklar arasında 8-ci yerdə qərarlaşmışdı.