BANK

07 May

Dünyada mərkəzi bankların dollar ehtiyatı 25 illik minimuma enib

2020-ci ilin yekunlarına əsasən, dünyanın 149 ölkəsinin mərkəzi banklarının 12 trilyon 701 milyard ABŞ dolları ekvivalentində valyuta ehtiyatları yığılıb.

Beynəlxalq Valyuta Fondunun (BVF) araşdırmasına görə, bu göstərici 2020-ci il ərzində 7,4% artıb. 

Mərkəzi bankların valyuta ehtiyatlarının 59,02%-i dollarda, 21,24%-i avroda, 6,03%-i Yaponiya yenində, 4,69%-i funt sterlinqdə, 6,32%-i isə digər valyutalarda olub.

Qeyd edilir ki, mərkəzi banklar tərəfindən dollarda saxlanılan valyuta ehtiyatlarının xüsusi çəkisi 25 illik minimuma enib.

(c)APA