BANK

06 May

Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları geriləyib

Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) məlumatlarına görə, 30 Aprel həftəsində valyuta ehtiyatları (qızıl xaric) 46,9 milyard dollara geriləyib. 

 22 Aprel həftəsində bu rəqəm 47,9 milyard dollar olaraq qeyd edilmişdi.

30 Aprel həftəsində qızıl ehtiyatlarında isə cüzi artım olub.  22 Aprel həftəsində 40,7 milyard dollar olan qızıl ehtiyatları 30 Aprel həftəsində 40,9 milyard dollara yüksəlib.

Valyuta və qızıl ehtiyatlarındakı bu trendlərin ardından cəmi ehtiyatlar 87,9 milyard dollara geriləyib. 

Xalis valyuta ehtiyatlarında isə 30 Aprel həftəsində artım qeyd edilib. Mərkəzi Bankın xalis valyuta ehtiyatları 12 milyard dollara yüksəlib. 

5 May tarixində TCMB-nin tərəfli svaplarda cəmi stoku 42,3 milyard dollar olub.