İngiltərə Mərkəzi Bankının (BoE) iqtisadiyyatın son vəziyyətinə dair açıqlamasından sonra funt sterlinq bahalaşmağa başlayıb.
Fins.az xəbər verir ki, İngiltərə iqtisadiyyatı proqnozlaşdırılandan daha sürətlə inkişaf etməkdədir. Bu isə peyvəndlənmə prosesində irəliləyişin əldə olunması ilə mümkün olub. Bununla yanaşı, cari il üzrə inkişaf səviyyəsi 5%-də görülür, 2021-ci il üzrə isə 7.3%-ə qaldırılıb. Karantin tədbirlərinin yumşaldılması və sosial məhdudiyyətlər aradan qaldırıldıqdan sonra böyümə davam edəcəkdir.
GBPUSD məzənnəsi iki gündür 1.39$ ətrafında dalğalandıqdan sonra bankın qərarından sonra 1.3940$-a yüksəlib.