BANK

06 May

Bu bank proqnozdan çox qazanc əldə edib

İtalyanın ən böyük ikinci bankı UniCredit ilin ilk 3 aylıq dövrünü 887 milyon avro mənfəət ilə başa vurub. Analitiklərin proqnozu mənfəətin 400 milyon avro ətrafında olacağı istiqamətində idi.

Bankın mənfəətinin yüksəlməsinə güclü əməliyyat gəlirləri səbəb olub. Dövr ərzində gəlirlər də 4,69 milyard avro ilə 4,3 milyard avro ətrafında olan təxminləri keçib.