Banklar tərəfindən aparılan əməliyyatların mahiyyəti, məqsədi və s. barədə tələblər mövcuddur
Fins.az xəbər verir ki, bunu Mərkəzi Bankın Baş direktoru Toğrul Əliyev deyib .
Onun sözlərinə görə, qanunvericiliyin tələbinə uyğun olaraq banklar tərəfindən aparılan əməliyyatların mahiyyəti, məqsədi və s barədə tələblər mövcuddur. Eyni zamanda, banklar daxili nəzarət sistemlərini, risklərin idarə edilməsi sistemlərini formalaşdırmalıdırlar. Sizin qeyd etdiyiniz məqamlar bankların daxili nəzarət sistemlərindən irəli gələn məsələlərdir.
Toğrul Əliyev bildirib ki, qanunvericiliyin tələblərinə uyğun olaraq nağd əməliyyatlar barədə Mərkəzi Banka məlumatların təqdim edilməsi tələbi mövcuddur. Valyuta əməliyyatları ilə bağlı da banklar öz daxili nəzarət sistemlərindən irəli gələrək müvafiq tədbirləri görməlidirlər. Bundan başqa tələb mövcud deyildir.
Müəllif: Aynur Qəniyeva