2021-ci ilin ilk rübündə “Turan Bank”ın cəmi əməliyyat gəlirləri 10 milyon 339 min manat, cəmi əməliyyat xərcləri 10 milyon 223 min manat, əməliyyat mənfəəti 119 min manat, ehtiyata ayırma 11 min manat təşkil edib.
Fins.az xəbər verir ki,bankın dövr üzrə xalis mənfəəti 105 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqaisədə 540 min manat 119% azalmanın göstəricisidir.
“Turan Bank”ın cəmi öhdəliklər və kapitalı 45,953 min manat yaxud 1,3% artaraq 597,689 təşkil edib. Bankın öhdəlikləri 45,75 min manat 1,13% artaraq 517,050 min manat olub.
Bankın xarici valyutadan əldə etdiyi gəliri 91 min manat azalaraq 172min manat təşkil edib
Xalis faiz gəlirləri 0,34 min manat 1,06% azalaraq 3,273 min manat təşkil edib.
İlk rübdə "Turanbank"dakı depozitlər 11% artaraq 31 Mart 2021-ci il tarixində 311 milyon 107 min manata çatıb.
1-ci rübün sonunda "Turan Bank" 82 milyon 373 min manat məcmu kapitala malik olub.
Müəllif:Aynur Qəniyeva