BANK

22 Aprel

“Premium Bank”-ın mənfəəti AZALIB 

“Premium Bank” ASC 2021-ci ilin ilk rübünü 5 milyon 345 min manat xalis mənfəət ilə başa vurub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,7% azdır. Bank ötən ilin ilk rübünü 6 milyon 55 min manat xalis mənfəət ilə bağlamışdı.

Fins.az xəbər verir ki, 2021-ci ilin ilk rübündə Premium Bankın cəmi əməliyyat gəlirləri 11 milyon 3 min manat təşkil edib. 2020-ci ilin ilk rübündə Premium Bankın cəmi əməliyyat gəlirləri 13 milyon 403 min manat olmuşdu. Bankın faiz gəlirləri 8 milyon 852 min manatdan 8 milyon 302 min manata, qeyri-faiz gəlirləri isə 4 milyon 551 min manatdan 2 milyon 701 min manata geriləyib.

İlk rübdə Premium Bankın 11 milyon 3 min manat cəmi əməliyyat gəlirlərilə bərabər 11 milyon 665 min manat əməliyyat xərcləri olub (ötən ilin eyni dövründə 11 milyon 909 min manat). Xərclər gəlirləri üstələdəiyindən Bankın 662 min manat əməliyyat zərəri yaranıb. Lakin mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan 6 milyon 6 min manatın azad olması həm əməliyyat zərərini bağlayıb, həm də 5 milyon 345 min manat xalis mənfəət yaranıb. 

..