BANK

21 Aprel

Azərbaycanda əhalinin banklarda nə qədər pulu var?- MƏBLƏĞ

Bu ilin aprel ayının 1-nə Azərbaycan əhalisinin ölkə banklarındakı əmanətlərinin həcmi 8 147,5 mln. manat təşkil edib.

 Azərbaycan Mərkəzi Bankının  məlumatına görə, ölkə əhalisinin banklardakı əmanətləri son bir ayda 2,8%, ötən ilin eyni dövrünə nisbətən isə bu göstərici 1,3% azalıb.

Qeyd edək ki, ilin əvvəli ilə müqayisədə isə bu göstərici 0,4% azalıb.

(c)APA