2021-ci il mart ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 14619,6 milyon manat təşkil edib
Fina.az xəbər verir ki,ümumi kredit portfelinin 12089,0 milyon manatı və ya 82,7%-i uzunmüddətli kreditlərin payına düşüb. .
Məlumata görə, kreditlərin 97,4 %-i banklar, 2,6 %-i isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilmişdir. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği 917,5 milyon manat olub və ümumi kredit portfelinin 6,3 %-i təşkil edib.
Müəllif: Aynur Qəniyeva