2021-ci ilin aprelin 1-nə “AFB Bank”ın aktivləri 263,864 milyon manat olub.Bu da ötən ilin eyni dövrü ilə müqaisədə 54,3% azalmanın göstəricisidir.
Fins.az xəbər verir ki, bankın nağd və nağd pul ekvivalentlərinin cəmi 63,236.70 min manat olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqaisədə 9,664,4 min manat azdır
2021-ci ilin mart ayının sonuna olan hesabata görə, “AFB Bank”ın gəlirləri ötən ilin eyni dövrü ilə müqaisədə 26,2% azalaraq 7,062 milyon manat, xərcləri isə 17,1% azlaraq 4,065 milyon manat təşkil edib.
Sözügedən dövrdə “AFB Bank”ın qiymətli kağızlara investisiyaları 19,62324 min manat artaraq 36,54464 min manat təşkil edib.
2021-ci ilin 1-ci rubü ərzində bankın öhdəlikləri 63,1% azalaraq 182,373 milyon manat olub.
“AFB Bank”ın depozit portfeli 75,5% azalaraq 93,571 milyon manata, balans kapitalı 2% azalaraq 81,491 milyon manata qədər azalıb.
Hesabat dövründə bankın Faiz dərəcəsinə görə cəmi aktivlə 204,085.09 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqaisədə 302,78577 min manat azalmanın göstəricisidir. Ötən ilin müvafiq dövründə bu göstərici 506,869.86 min manat təşkil edirdi.


Müəllif: Aynur Qəniyeva