“PAŞA Bank” ASC 2021-ci ilin ilk rübünü 18 milyon 786 min manat xalis mənfəət ilə başa vurub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,4 dəfə çoxdur. Bank ötən ilin 1-ci rübünü 3 milyon 480 min manat xalis mənfəət ilə bağlamışdı.
Fins.az xəbər verir ki, PAŞA Bankın 2020-ci ilin yanvar-mart dövründə 76 milyon 713 milyon manat təşkil etmiş cəmi əməliyyat gəlirləri 2021-ci ilin yanvar – mart dövründə 86 milyon 940 min manata yüksəlib. Bankın ilk rüb faiz gəlirləri 52 milyon 14 min manatdan 63 milyon 562 min manata qalxıb, qeyri-faiz gəlirləri isə 24 milyon 699 min manatdan 23 milyon 378 min manata geriləyib.
2021-ci ilin ilk rübündə 86 milyon 940 min manat cəmi əməliyyat gəlirlərinə qarşılıq cəmi əməliyyat xərcləri 50 milyon 589 min manat təşkil edib. Qalan 36 milyon 351 min manat əməliyyat mənfəətindən 11 milyon 415 min manat aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırlıb və 6 milyon 150 min manat mənfəət vergisi ödənilib. Beləliklə, PAŞA Baank ilk rübü 18 milyon 786 min manat xalis mənfəət ilə başa vurub.
BANK BÖYÜYÜB, MÜŞTƏRİLƏRƏ VERİLMİŞ KREDİTLƏR ARTIB
31 Mart 2021-ci il tarixində PAŞA Bank 5 milyard 669 milyon 83 min manat cəmi aktivlərə malik olub. Ötən ilin sonunda PAŞA Bank 5 milyard 513 milyon 21 min manat cəmi aktivlərə malik idi. Müştərilərə verilmiş cəmi kreditlər 2 milyard 95 milyon 34 min manatdan 2 milyard 196 milyon 616 min manata yüksəlib.