BANK

15 Aprel

Türk Lirəsi üçün həlledici gün

Bu gün Bakı vaxtı ilə saat 15:00-da Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı faiz qərarını açıqlayacaqdır.

Fins.az  xəbər verir ki, bazarlar, Mart ayının sonunda gözlənilmədən TCMB sədrinin dəyişdirilməsinin ardından bütün diqqətini yeni sədrin ilk yığıncağına çevirib.  Rəhbərlikdə baş vermiş dəyişikliyin ardından bazarlar ilk yığıncaqda hər hansı bir dəyişiklik gözləmir (faiz sabit saxlanılacaq). Amma Mərkəzi Bankın açıqlaması diqqətlə oxunacaqdır.

Keçirilmiş sorğuya görə, bu gün Türkiyə Mərkəzi Bankı pul siyasəti faizini 19% səviyyəsində dəyişməz saxlayacaq. 

Xarici təşkilatlar da TCMB-nin bu yığıncaqda faizini sabit saxlayacağını təxmin edirlər.

Deutsche Banka görə, Türkiyə Mərkəzi Bankı faizini 19% səviyyəsində saxlayacaq. Banka görə, faizin gözləniləndən erkən aşağı salınması vəziyyətində bazarın reaksiyası mənfi olacaqdır və Türk Lirəsi kəskin uculaşa bilər.