BANK

14 Aprel

Fərid Osmanov "Hər 100 manat köçürmənin 62 manatı məhz internet və mobil bankçılıq  vasitəsi ilə həyata keçirilib"

Cari hesablardan aparılan hər 100 manat köçürmənin 62 manatı məhz internet və mobil bankçılıq  vasitəsi ilə həyata keçirilib.

Bunu Mərkəzi Bankın baş direktoru Fərid Osmanov deyib. 

O bildirib ki, 2020-ci ilin sonuna ölkə banklarında açılan hesabların sayı məhz 2019-cu il ilə müqaisədə 16% artıb,həmçinin cari hesablardan həyata keçirilən ödənişlərin sayı isə 53% artım müşahidə olunub .

Fərid Osmanov bu sahədə irəliləyişi vurğulayaraq xüsusi olaraq "Bu artımda xüsusi məqamı diqqətinizə təqdim etmək istərdim. Məhz internet bankçılığın payı kifayət qədər böyükdür. 2020-ci ildə  bank müştərilərinin cari hesablardan aparılan köçürmələrin sayı 1-5%-i həcmi üzrə 62%-i məhz elektron bankçılığın payına düşür başqa sözlə desək məhz cari hesablardan aparılan hər 100 manat köçürmənin 62 manatı məhz internet və mobil bankçılıq  vasitəsi ilə həyata keçirilib."-deyə qeyd edib.

Müəllif:Aynur Qəniyeva