BANK

29 Mart

Azərbaycanda əhalinin bank əmanətlərinin həcmi martda ARTIB

Bu il martın 1-nə Azərbaycanda əhalinin banklarda əmanətlərinin həcmi 8379,9 mln. manat təşkil edib.

Fins.az bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Əhalinin əmanətlərinin həcmi illik müqayisədə 314,5 mln. manat azalıb. Aylıq müqayisədə isə bank əmanətlərinin həcmində 117 mln. manat və ya 0,57% artım qeydə alınıb.

Qeyd edək ki, 1 yanvar 2020-ci il tarixinə bank əmanətlərinin həcmi 8202.9 mln. manat, təşkil edib.

Xatırladaq ki, Azərbaycanda 4 mart 2016-cı il tarixdən 3 il müddətinə əmanətlərin tam sığortalanması sistemi tətbiq olunmağa başlayıb. Ötən il bu sistemin tətbiqi 1 il də uzadıldığından onun qüvvədə olma müddəti artıq bu ilin 4 martında bitir.

Belə ki, "Əmanətlərin tam sığortalanması haqqında" Qanunun 5.2-ci maddəsinə əsasən 4 mart 2020-ci il tarixdən sonra bağlanmış hər bir bankda sığortalanmış əmanət yalnız 30 000 manatdan çox olmamaq şərtilə kompensasiya ediləcək.