BANK

01 Mart

Mərkəzi Bank yanvarda nə qədər dollar satıb?-MƏBLƏĞ

Dövlət Neft Fondu və Mərkəzi Bankın yanvar ayında keçirdiyi valyuta hərraclarında 644,9 milyon ABŞ dolları məbləğində vəsait satıb.

Fins.az xəbər verir ki,2016-2020-ci illərin valyuta hərraclarında Dövlət Neft Fondundan 28,9 milyard dollar məbləğində vəsait alınıb. Manatı qorumağa 2016-cı ildə 4,9 milyard, 2017-ci ildə 3,6 milyard, 2018-ci ildə 6,5 milyard, 2019-cu ildə 6,6 milyard, 2020-ci ildə 7,3 milyard dollar sərf edilib.