ABŞ-da bank sektorunun xalis mənfəəti, yeni növ koronavirus (Kovid-19) pandemiyasının iqtisadi təsirlərilə əlaqədar olaraq 2019-cu illə müqayisədə 2020-ci ildə 36,5% azalaraq 147,9 milyard dollara geriləyib.
Fins.az xəbər verir ki, ABŞ Federal Depozit Sığorta Təşkilatının (FDIC) açıqlamasına istinadən xəbər verir ki, 5 min 1 kommersiya bankının xalis mənfəəti keçən ilin dördüncü rübündə 59,9 milyard dollar olaraq hesablanıb.
Xalis mənfəətin 2019-un dördüncü rübündə 54,9 milyard dollar olduğu xatırladılan açıqlamada, bankların qazanclarının keçən ilin son rübündə bir əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,1% artdığı qeyd edilib