2021-ci ilin yanvar ayında əhalinin bank əmanətləri (fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin vəsaitləri daxil olmaqla) 0,3% - 8 milyard 202,9 milyon manatadək artıb.
Fins.az xəbər verir ki,bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayımlayıb
Məlumata görə hesabat dövründə əhalinin xarici valyutada əmanətləri 0,1% - 4 milyard 155,4 milyon manatadək və ya bütün əmanətlərin 50,7%-i səviyyəsində azalıb. 2020-ci ilin yekunları üzrə xarici valyutada əmanətlərin xüsusi çəkisi 50,8% təşkil edib.
Yanvarda əhalinin milli valyutada əmanətlərinin həcmi 0,5% - 4 milyard 47,5 milyon manatadək azalaraq bütün əmanətlərin 49,3%-inə qədərini təşkil edib.