Qiymətli kağızların qeydiyyatına dair tələblər müxtəlif qanunvericilik aktlarını əhatə etdiyi üçün emitentlərin səhm və korporativ istiqrazların dövlət qeydiyyatına alınması məqsədilə Azərbaycan Mərkəzi Bankına (AMB) təqdim etdikləri sənədlərin bir çox hallarda qanunvericiliyin tələblərinə tam uyğun tərtib olunmaması müşahidə olunması ilə bağlı çatışmazlıqların aradan qaldırılması və qiymətli kağızların qeydiyyatı prosesinin operativliyinin artırılması məqsədilə Mərkəzi Bank tərəfindən emitentlər üçün təlimat hazırlanıb.
Fins.az xəbər verir ki,təlimatda səhm və istiqrazların emissiyası prosedurları vahid sənəddə ümumiləşdirilib, qiymətli kağızların dövlət qeydiyyatına alınması və dövriyyədən çıxarılması ilə bağlı tələb olunan sənədlər və onların hazırlanması zamanı qanunvericiliklə müəyyən edilmiş tələblər ətraflı qeyd edilib.
Xatırladaq ki, AMB kapital bazarı sahəsində tənzimləmə və nəzarətin həyata keçirilməsi çərçivəsində qiymətli kağızlarının dövlət qeydiyyatını və qiymətli kağızların buraxılışının və emissiya prospektlərinin dövlət reyestrini aparır.