BANK

22 Fevral

Ərdoğandan tükənən valyuta ehtiyatları və kürəkəni ilə bağlı kritik AÇIQLAMA

Türkiyə Preidenti Rəcəb Tayyib Ərdoğan CHP-nin valyuta ehtiyatlarının "buxarlaşdığı" barədə iddialarına cavab verib.

Fins.az xəbər verir ki, xəbər verir ki, Ərdoğan ehtiyatlara dair "Epidemiya ilə əlaqədar beynəlxalq sahədə ortaya çıxan maliyyə dalğalanmalarına qarşı tədbir görmək lazım idi. Planlı və nəzarət altında valyuta əməliyyatları aparıldı. Bu əməliyyatların hamısı bazar qaydaları çərçivəsindədir və hüquqa uyğundur. Nə valyuta ehtiyatlarının "buxarlaşması", nə də haqsız qazanc söz mövzusudur.

Bunlar saxtakardırlar. Guya Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatı sıfırlanıb , sıfırdan aşağı düşüb. Vəzifəyə gəldiyimizdə 27,5 milyard dollar valyuta ehtiyatları vardı. İndi, 95 milyard dollar valyuta ehtiyatımız var. Baş nazirliyim dövründə bu ehtiyatı 132 milyard dollara qədər yüksəlmişdi. Ondan sonra 95-ə endik. Biz yenə 132-yə də, 200-ə də çıxarıq. Çünki biz bu işi bilirik",- deyib.